Günün yoluxma statistikası – Ölənlərin sayı artdıbackend

Günün yoluxma statistikası – Ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 554 096 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7 372 nəfər vəfat edib, aktiv xəstə sayı 30711 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddət ərzində isə ümumilikdə 5 321 217 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 981, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 24 296 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.