Günün ULDUZ FALI: Bəzi problemləri həll etmək üçün şanslı gündürbackend

Günün ULDUZ FALI: Bəzi problemləri həll etmək üçün şanslı gündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – bu gün özünüz də hiss etmədən emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu ağlınızı başınızdan almasın.

Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər.
Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür.

Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər.
Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin.

Mümkün təhlükəni real dəyərləndirin.
Axşam saatlarında çox yeməyin.

Buğa – bu gün bir qədər xaotik təsir bağışlasa da, irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri arasında sizin konkret hərəkətiniz yoxdur ki?!

İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın.
Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.

İmkan düşdükcə imicinizi yaxşılaşdırın.
Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin.

Əkizlər – yaşam və iş taktikatınızın dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.

Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir.

Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər.
Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq.

Xərçəng – bilik və bacarıqlarınız bu gün diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni tapşırıq verə bilər.

Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz.
Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.

Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin.

Şir – ailə ilə bağlı məsələlər bu gun ön plana keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna deyil.

Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.
Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın.

Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin.
Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz.

Qız – yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat, məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək.

Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.
Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın.

Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun.
İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin.

Tərəzi – maddi durumunuz yaxşılaşa bilər. Maliyyə vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək üçün şanslı gündür.

Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.

Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün.

Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır.
Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz.
Axşam saatlarını özünüzə həsr edin.

Əqrəb – bu gün zahirən üzüyumşaq olun, əsl diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil, zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.

Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.
Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir.

Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin.

Oxatan – bu gün bütün istək və arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək istəyirsinizsə, bu niyyətinizi təxirə salın.

Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.
İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin.

Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın.

Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir.

Oğlaq – bu gün yaşanacaq hadisələrin zahiri görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa çalışın.

Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun.
Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər.

Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin.

Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.
Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir.

Dolça – qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal, təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar, imtina etməyin.

Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın.
Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır.

Gün səhhətiniz üçün harmonik deyil.
Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun.

Balıqlar – bu gün istənilən əksliklər və ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına həll edin.

Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.

Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır.
Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın.

Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.
Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil.