Tribuna İnformasiya Agentliyi

Güneylilər aksiyaya başladı: Ermənilərə görə… – Foto

26 Aprel

İran hökumətinin icazəsi ilə Tehranda Türkiyə səfirliyi qarşısında qondarma erməni soyqırımı ilə əlaqədar ermənilərin keçirdiyi aksiyaya Güney azərbaycanlıları öz etirazlarını bildirməyə başlayıblar. 

İran hökumətinin icazəsi ilə Tehranda Türkiyə səfirliyi qarşısında qondarma erməni soyqırımı ilə əlaqədar ermənilərin keçirdiyi aksiyaya Güney azərbaycanlıları öz etirazlarını bildirməyə başlayıblar.

TİA.AZ xəbər verir ki, artıq Urmiya, Təbriz və Ərdəbil kimi böyük şəhərlərdə küçələrə “soyqırım” iddialarını yalanlayan şüarlar yazılıb. Küçərlərin divarları üzərində həmçinin “erməni soyqırımı”nın reallığını əks etdirən vərəqələr də yapışdırılıb. Bu vərəqələrdə İranın Ermənistana verdiyi dəstək kəskin tənqid olunub.

“GAMAC.info” saytı isə Azərbaycan vilayətinin mətbuat orqanlarında “erməni soyqırımı”nı yalanlayan yazıların dərc olunmağa başladığını bildirib. Azərbaycanlı aktivistlər həmçinin Təbriz Universitetində ermənilərin türklərə qarşı cinayətlərini ifşa edən “Ermənistanın birinci baş nazirinin Daşnaksütyun Partiyasına raportu” kitabını paylayıblar.


 

Xatırladaq ki, İran azərbaycanlıları hakimiyyətdən ermənilərə qondarma soyqırımla bağlı aksiya keçirməyə icazə verilməməsini tələb etmişdi.