access_time Dərc olunub: 17:53
VAQİF QARAYEV: "BU, ZƏHƏRLƏNMƏ DEYİL"

“Rotavirus bu günün problemi deyil, bu həmişə var və gələcəkdə də olacaq.


Bu sözləri TİA.AZ-a  Sumqayıt şəhərində baş verən hadisədən dolayı uşaqlarda aşkarlanan virusla bağlı məlumat verərkən pediatr Vaqif Qarayev bildirib. 

Onun sözlərinə görə, yoluxma arealı çox böyükdür. Belə ki, bəziləri 130, bəziləri isə 180 desə də, bu artıq epidemiyadır. Ona görə də valideynlər bəzi şeyləri bilməlidirlər:


“Rotavirus virus ailəsinə aid olub,  müxtəlif ştamları vardır. Daha çox uşaq orqanizminin mədə- bağırsaq traktını zədələyir. Virus daha çox sudan, çirkli qida məhsulları ilə kontaktdan,  bəzən isə hava -damcı yolu ilə  keçir. Əsas əlamətləri yüksək hərarət, təkrarlanan qusma halı və ishaldır. Bəzi hallarda xəstəlik qrip, soyuqdəymə kimi başlaya bilər. Amma sonradan mədə - bağırsaq traktını zədələyir. Elmi dairələrdə buna “bağırsaq qripi” də deyirlər. Amma bu bir az elmi baxımdan düzgün ifadə deyil. Çünki qrip yuxarı tənəffüs yollarını zədələyir, onun bağırsaqla işi yoxdur”.  

 

Bəs nədən bilək  ki, bu Rotavirusdur?

Pediatr deyir ki, adətən zəhərlənmə hallarında həkimin birinci sualı nədən olub, uşaq nə yeyib nə içib?

 “Burda elə ilkin saatlarda məlumat yayılanda hamı sudan baş verdiyini dedi. Ona görə də o suyu müayinə etdilər. Buna suyun bakteriolji müayinəsi deyilir.  Bakteriolji müayinədə də Rotavirus çıxdı.

Bağırsaq infeksiyasını yaradan kifayət qədər infeksiyalar var: Salmanellyoz,  dizinteriya, kolienterit, yəni koli bakteriyalar var ki, bu da suda çox tez-tez rast gəlinir. Amma Rotavirus olduğu təkcə bakteriloji müayinənin nəticəsinə görə yox, həm də klinik gedişatına görə, yəni  əlamətlərinə görə təyin olunub. Tutaq ki, salmanellyozla dizinteriya Rotavirus infeksiyasına nisbətən daha ağır gedişlidir. Amma koli infeksiya Rotavirusa nisbətən daha yüngül infeksiyadır. Həkim xəstəliyin gedişatına görə, əlamətlərinə görə, Rotavirus haqında düşünə bilər. Hərarət 38 dərəcədən yuxarı qalxır. 39-40 dərəcədə hərarəti kəskin salmaq olmaz. Hərarətin özü virusu öldürür. Biz gərək 38 yarımdan çox olanda hərarəti salaq”.

Pediatr deyir ki, valideynlər qusma əleyhinə özünümüalicəylə məşğul olmasınlar. Bu, düzgün deyil. Aptekə gedib kimsə desə uşaq qusur. Ona dərhal qusma əleyhinə dərman verəcəklər. Amma bu infeksiyda qusmanı dərmanla kəsmək düzgün deyil. Sadəcə o qusma- ishalla uşaq orqanizmində maye itirir. O maye balansı korreksiya etmək, yəni onun yerini doldurmaq lazımdır. 3 yaşından yuxarı uşaqlarda ağızla, bəzi duz məhlulları  qəbul etmək lazımdır. Əhalinin ən çox tanıdığı Regidron məhlulunu vermək olar. Amma 3 yaşdan aşağı uşaqlara bu mayeni vermək çətin olacaq. Çünki onu içmirlər. Ona görə də venadaxili həmin mayeni köçürmək lazımdır. İshal bəzən sutkada 10-12 dəfə olur. Çox ağır hallarda qanla da çıxa bilərlər. Çünki bağırsaq artıq dözmür və kapilyar partlayır. Aptekdən qarın ağrısı dərmanı soruşsaz  2-3 antibiotik verəcəklər.Ümumiyyətlə, virus infeksiyalarında antibiotiklərdən istifadə olunmur. Bunu gərək valideynlər bilsin. Qəti qadağandır. Çünki antibiotik istifadəsi zamanı bağırsaq florası daha da pozulur. Antibiotiklə vəziyyyət daha da gərginləşir, ağırlaşır. Ona görə də özünümüalicə qəti qadağandır”.

Zəhərlənmə zamanı kömür həbindən istifadə oluna bilərmi?

 V.Qarayev deyir ki, zəhərlənmə ümumi məvhumdur, əslində bu uşaqlarda zəhərlənmə yox idi:

“Uşaqlar virusa yoluxmuşdular. Mən ona zəhərlənmə deməzdim. Çünki Rotavirus enterekolit, kolitdi. Zəhərlənmə ayrı şeydir. Ona görə də zəhərlənmə zamanı mötərizdə  hansı qidadan zəhərlənmə olubsa, o yazılmalıdır. Hamı başa düşsün deyə jurnalistlər uşaqlar sudan zəhərlənib yazıblar. Amma bu, zəhərlənmə deyil. Bəzən valideynlər uşaqlarının mandarindən, apelsindən və ya yumurtadan qarın ağrısına düşdüyünü deyirlər. Amma bu düzgün deyil. Bu, allergik təbiətli bağırsaq pozğunluğudur. Valideynlər də bunu zəhərlənmə kimi qələmə veririlər. Sadə insanlar belə başa düşür. Amma zəhərlənmə başqa şeydir. Kömür həbləri mikrobu, toksini zəhəri özünə çəkir. Kim uşağına nə ilə kömək edibsə, onu hamıya məsləhət görür. Amma kömürü də digər dərmanları ancaq həkim təyin etməlidir. Sadəcə valideynlər bilməlidirlər ki, indi yay mövsümü gəlib. Mədə -bağırsaq pozğunluqları çoxalıb və çoxalacaq. Əgər uşaqlarda qusma və ishal halları müşahidə edirlərsə, mütləq həkimə müraciət etsinlər. Çünki bu Rotoviruslarda  da elədir. Davamlı qusmayla -ishalla orqanizma su itirir. və vəziyyət həddən artıq çətinləşir. Artıq prosesə başqa orqan və sistemlər də qoşulur. Tənəffüs sistemi, ağciyər, beyin qoşulur.

Susuzlaşmadan qıcolmalar baş verə bilər. Lap ağır hallarda böyrək də qoşulur. Ona görə də özünümüalicə qəti qadağandır”.

İlahə  

Şərhlər