access_time Dərc olunub: 12:11
Yeni il bazarlığına nə qədər pul lazımdır?

Yeni ilin gəlişinə sayılı günlər qalıb. 

Hər kəs bayram bazarlığına hazırlaşır. Bayramqabağı qiymətlər necədir? Bahalaşma varmı? 

TİA.AZ xəbər verir ki, AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün paytaxtın mərkəzində yerləşən “Təzə bazar”a üz tutub, qiymətlərlə maraqlanıb.

Reportaja ətin qiyməti il başladıq. Satıcıların bildirdiyinə görə, ətin qiyməti ötən illə müqayisədə bahalaşıb. Belə ki, hazırda sümüksüz dana əti 9 manat 50 qəpiyə, sümüklü mal əti 7 manat 50 qəpiyə, sümüksüz mal əti isə 8 manata satılır. Ötən il qiymətlər 6-7 manat olub.

Ancaq satıcılar yenə də ümidlərini üzmürlər. Xalqımızın ətsiz bayram keçirmədiyini deyirlər:

“Mütləq gəlib bir kiloqram da olsa ət alacaqlar. Əsas alış-veriş bayram günü olacaq”.

 Ət satanlarla sağollaşıb, meyvələrin satıldığı piştaxtaya yaxınlaşdıq. Meyvələrin xoş görünüşü, iyi bizə gəl-gəl desə də, qiymətləri “əl yandırırdı”.

Həmişə bir manata aldığımız xurmanın qiyməti indi 2-3 manatdır. Bayram süfrəsi üçün heyva almaq istəsəniz 5-6 manatdan keçməli olacaqsınız.

Almanin qiyməti növünə görə 1-4 manat arası dəyişir. Narın, portağalın qiyməti də ötən illə müqayisədə bahalaşıb, iki, üç manatdan ucuz tapmaq mümkün deyil. Bananın kiloqramı isə 3 manatadır.
Meyvələrin qiyməti ilə maraqlandıqdan sonra keçdik meyvə-tərəvəzə. Kartof və soğan növündən və həcmindən asılı olaraq 70-80 qəpiyə, 1 manata satılır. Hövsan soğanını isə 3 manatdan ucuz almaq mümkün deyil.

Kələm 50 qəpiyə, pomidor 1,5 -4 manata satışa çıxarılıb. Xiyarın qiyməti 2-5 manatdır. Əgər ürəyiniz badımcan, bibər istəsə, gərək şirin bibərin 3-nə bir manat, badımcana isə ən azı 2 manata pul verəsiniz. Göyərtinin bir dəstəsini 20 qəpiyə almaq olar.

Turşunun qiyməti o qədər də baha deyil - 1 manat 50 qəpik. Ürəyiniz istəsə, 6 manat xərcləməklə 3 kiloqramlıq bankada qarpız turşusunu da alıb süfrənizə qoya bilərsiniz.
Süfrəmizin şahı olan plovu hazırlamaq üçün kişmişin 1 kiloqramına 10 manat, ərik və turşunun bir kiloqramına isə 8 manat, şabalıda 9 manat xərcləməli olacaqsınız.

 Satıcıların dili ilə desək, bazarda yaxşı qozun ləpəsini 20 manatdan ucuz tapmaq qeyr-mümkündür. Bayramda kənd toyuğu bişirmək istəyənlər bu məhsulu 6 manata ala bilərlər. Toyuq demişkən, bildirçinin bir ədədi bir, qaşqaldaq isə 6 manata satışa çıxarılıb. Təmizlənmiş hinduşqa 10-12 manata satılır.

Bir sözlə, bazarda ürəyiniz istəyən, gözünüz tutan ərzağı tapıb ala biləsiniz. Təki əliniz cibinizdə olsun.

Bazardan çıxandan sonra metronun “28 May” stansiyasının yaxınlığında quraşdırlan bayram yarmarkasında Yeni il atributlarının qiymətləri ilə maraqlandıq.

Yarmarkada ən ucuz yolka 4 manat, ən bahalı isə 40 AZN-dir.

Yolka bəzəkləri isə görüntüsündən və formasından asılı olaraq müxtəlif qiymətlərə satılır. Bunun üçün 6 manat və istəyinizdən aslı olaraq daha çox pul xərcləyə bilərsiniz.

Müxtəlif ölçülü rəngli maska və atributların qiyməti 5 manatdan başlayaraq 7 manata qədər dəyişir. Uşaqların həvəslə şişirtdiyi şarların qiyməti isə 10, 30, 40 qəpikdir.


Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort