access_time Dərc olunub: 17:53
3 gündür davam edən maqnit qasırğası nə vaxt bitəcək?

Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, indeksin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək".

Qeyd edək ki, daha öncə də oktyabrın 11-dən başlayaraq formalaşmış maqnit qasırğasının oktyabrın 15-də səngiyəcəyi barədə məlumat verilmişdi.

Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsararəngiz təbitə hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub.

Şərhlər