Gündəlik qlobal neft tələbatı 20 milyon barel azala bilərbackend

Gündəlik qlobal neft tələbatı 20 milyon barel azala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il gündəlik qlobal neft tələbatının 20 mln. barel azalacağı gözlənilir.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, qlobal neft tələbatı gündəlik 100 mln. barel təşkil edir. Bu həcmin 80%-i nəqliyyat sektorunda yanacaq kimi istifadə edilir.

Koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar bu gün dünyada 3 mlrd. insan sosial təcrid vəziyyətindədir, nəqliyyatdan istifadə azalıb və bunun nəticəsi kimi qlobal səviyyədə neftə olan tələbat azalmaqdadır.