Tribuna İnformasiya Agentliyi

“Günay Sığorta” “ötən günlərə çata bilmir” – Gəlirləri azaldı

06 Aprel

“Günay Sığorta” şirkəti 2017-ci ili 96 min manat xalis mənfəətlə başa vurub. Tia.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 7,7% azdır. 2016-cı ildə şirkətin xalis mənfəəti 104 min manat təşkil etmişdi.

Ötən il “Günay Sığorta”nın gəlirləri 5,507 milyon manat, xərcləri isə 5,411 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14,349 milyon manat olub ki, bu da illik müqayisədə 44,2% çoxdur. 2017-ci ildə şirkətin öhdəlikləri 3 dəfə artaraq 6,516 milyon manata, balans kapitalı isə 0,3% artaraq 7,833 milyon manata çatıb.

Şirkətin tam hesabatı belədir:

http://www.gunaysigorta.az/nodupload/editor/files/2017-hesabat-formalari.pdf