Günay Quluzadəyə yeni vəzifə verildibackend

Günay Quluzadəyə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

TİA.AZ xəbər verir ki, sözügedən vəzifə Günay Quluzadəyə həvalə edilib. Bu barədə Günay Quluzadə özü məlumat verib:

“Hörmətli dostlar, bu gündən etibarən fəaliyyətimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirəcəm. Bir neçə ay sahədən uzaq qalmaq gələn təklifləri dəyərləndirmək və doğru qərar verməyimə yardımçı oldu. Nə sahə məndən, nə də mən ondan ayrıla bilmədik. Hər zaman olduğu kimi bir telefon zəngi qədər uzaqdayam. Dəstəyiniz və sevginiz üçün minnətdaram. Gələcəyin nə gətiricəyini bərabər görəcəyik”.Qeyd edək ki, o, əvvəl Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsində çalışıb.