Güləş Federasiyasından biabırçı başlıq: Qalib gələn xanım güləşçimizi belə təqdim etdilərbackend

Güləş Federasiyasından biabırçı başlıq: Qalib gələn xanım güləşçimizi belə təqdim etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanan Jalə Əliyeva haqqında Güləş Federasiyasının rəsmi “facebook” səhifəsindəki paylaşım tənqidlərə səbəb olub. 
TİA.AZ xəbər verir ki, federasiyanın səhifəsində Jalə Əliyevanın qələbəsinə “Oğulsan Jalə, oğul!” başlığı yazılıb. Bu isə qadın istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar xanım güləşçiyə bu cür xitab edilməsinin düzgün addım hesab etmədiklərini bildiriblər.
Sözügedən paylaşımla bağlı Güləş Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi.
Həmin paylaşımı təqdim edirik: