Gülalıyevin oğlu Heydər Əliyev Fonduna təşəkkür etdi, TƏBİB-dən gileyləndibackend

Gülalıyevin oğlu Heydər Əliyev Fonduna təşəkkür etdi, TƏBİB-dən gileyləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətində irəliləyiş var.
TİA.AZ xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat verib. O bildirib ki, Oktay Gülalıyev evdə ona verilən suallara, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir:
“Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır. Ədalətli olmaq naminə qeyd etməliyəm ki, atamın durumunda hazırki inkişafda Heydər Əliyev Fondunun dəstəyi ilə onun 4 dəfə Türkiyədə əməliyyat edilməsinin çox böyük rolu olub. Qəza hadisəsindən sonra atam Türkiyəyə götürülərkən onun ancaq 20% yaşama şansı olacağını, Türkiyədə isə ayılma şansının çox az olduğunu dəfələrlə bildiriblər. Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb. Onun normal həyata geri dönməsi, ayağa qalxması üçün fizik tədaviyə və dərmanlarının davamlı olaraq qəbul etməsinə ehtiyac var. Hesab edirəm ki, aidiyyatı qurumlar, o cümlədən TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidirlər”.
Təbriz Gülalıyev qeyd edib ki, Oktay Gülalıyevə gündüz zamanı baxan tibb bacılarına 3 ay müddətdir ki, maaşı verilmədiyindən onlar may ayının 1-dən atamın müalicəsini davam etdirə bilməyəcəklər:
“Məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən tədavini dayandırmaq
məcburiyyətindədirlər. Atama gecə boyu mən və əmim baxmalı olduğumuzdan, əmimin yaşlı olması və sağlamlığı ilə əlaqadar uzun müddət gecələr oyaq qaldığımızdan onsuz da bəzi çətinliklər yaşanırdı. Dərmanların alınması ilə də bağlı 5 aydır ki, heç bir dövlət qurumu yardım etmədiyindən atamın gərəkli dərmanlarla təmin edilməsinə dair bəzi narahatlığımız var idi. Tibb bacılarının da bu şəkildə işdən alınması təəssüf ki, vəziyyətimizi daha da ağırlaşdırır”.