Güclü yağış yağdı, Ağcabədidə həyətyanı sahələri su basdı (VİDEO)backend

Güclü yağış yağdı, Ağcabədidə həyətyanı sahələri su basdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti və aramsız yağan yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət daxil olub.
TİA.AZ nazirliyə istinadən xəbər verir ki, müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.