Güclü külək Sumqayıtda binanın bir neçə ay əvvəl təmir olunmuş damını uçurub-FOTO,VİDEObackend

Güclü külək Sumqayıtda binanın bir neçə ay əvvəl təmir olunmuş damını uçurub-FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda güclü külək səbəbindən 13-mikrorayon, 17-ci binanın dam örtüyünün böyük bir hissəsi uçub və binanın yaxınlığındakı yarımstansiyanın üstünə düşərək yaxınlıqdan keçən insanlar üçün təhlükə yaradıb.

TİA.AZ  xəbər verir ki,dam ortüyünün mikrorayonu işıqla təmin edən yarımstaniyanın üstünə düşərək elektrik xəttlərini zədələməsi nəticəsində  ərazidəki binaların işığı bir neçə saat kəsilib və sakinlər işıqsız qalıb.

Qeyd etmək lazımdır ki, bu yaşayış binasına dam örtüyü bir neçə ay əvvəl Sumqayıt şəhər icra hakimiyyətinin nəzarəti və tapşırığı ilə vurulub.