GÜCLÜ DÖVLƏT – GÜCLÜ ORDUbackend

GÜCLÜ DÖVLƏT – GÜCLÜ ORDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətənimiz Azərbaycanın başına əsrlər boyu bir çox olaylar gəlmiş və bu hadisələrin əksəriyyətindən üzüağ çıxmağı bacarmışdır. Böyük və möhtəşəm tarixə malik olan Vətənimiz bütün bu yaşananlar nəticəsində bir çox dost qazansa da, düşmənlərinin də sayı heç də az olmamışdır. Elə indinin özündə də Azərbaycan ən böyük düşmənimiz ermənilərlə müharibə şəraitində yaşamaqdadır. Bu münaqişələrin bir çox səbəbi olsa da, hal-hazırda ən nəzərə çarpan səbəb mənfur qonşularımızın torpaqlarımızdan əllərini çəkmək istəməmələri və heç cür sülh danışıqlarını da qəbul etməmələridir. Ermənistanın torpaqlarını tarixi Azərbaycan torpaqları olması bir yana, Qarabağı da işğal altında saxlamaqları onların niyyətini və xislətini açıq aşkar bəlli edir.

Bəlkə də, nə vaxtsa torpaqlarımızdan əlimizi üzəcəyimizi və ya onlardan çəkindiyimizi düşünürlər. Amma bu variantların heç biri heç zaman baş verə bilməz. O ki qaldı, onlardan çəkinməyimiz, bunun üçün gərək onlardan bir çox əsas sahədə geridə olaydıq, amma hamımızın gördüyü kimi Azərbaycan nəinki bir çox, demək olar ki, hər bir sahədə Ermənistandan irəlidədir. Ən əsası isə Azərbaycan hər bir sahədə daha güclüdür.

Güc dedikdə isə ilk ağla gələn ordudur, ölkənin müdafiəsi ordudan asılıdır. Mənfur qonşular unutmamalıdır ki, indiki Azərbaycan ordusu 90-cı illərin ordusu deyildir. Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin orduya göstərdiyi xüsusi diqqət nəticəsində ordumuz hazırkı qüdrətə gəlib çatmışdır. Ordumuz regionun ən güclü ordusudur. Təsadüfi deyil ki, artıq bizim ordunun da adı dünyanın ən güclüləri arasında özünə yer tapıb və 2020-ci il nəticələrinə görə sıralamada Ermənistan ordusundan 48 pillə irəlidə dayanır.

Dediyimiz kimi, ordu bu vəziyyətə anidən gəlib çıxmayıb, bunun üçün ölkə başçısı tərəfində böyük səy göstərilib və göstərilir. Ordu quruculuğu həmişə Ali Baş Komandanımız İlham Əliyev üçün birinci yerdə olub. Orduya və ordudakı hər bir hərbiçiyə xüsusi qayğı göstərilib. Müəyyən müddət xidmətdən sonra zabitlərimizə evlə təmin olunması, fərqlənən hərbi xidmət qulluqçularının mükafatlandırılması, bütün hərbçilərin əməkhaqqılarının müntəzəm olaraq artırılması, onların sadəcə heyət daxilində deyil, həmçinin, şəxsi həyatlarında da yaşayış şəraitlərinin yaxşılaşdırılması buna sübut olaraq göstərilə bilər. Digər tərəfdən baxıldıqda isə ordumuzun ən son və müasir təchizatlarla, istənilən növ yeni texnika ilə tam şəkildə təchiz olunduğunun şahidi oluruq. Texnikaların sayı cəhətdən də, Ermənistanı dəfələrlə qabaqlayırıq. Bütün bunların hamısı isə öz növbəsində maddi vəsait tələb edir. Əgər bizim iqtisadiyyatımız yetərincə güclü olmasaydı,

nəhəng layihələr həyata keçirib bu layihələrdə öz sözümüzü deyə bilməsəydik, çox güman ki, indiki kimi qüdrətli bir ordumuz ola bilməzdi. Bütün bunlar Cənab Prezidentin uzaqgörən və doğru yürüdülmüş siyasətinin nəticəsidir desək, heç də yanılmarıq.

Ordunun qüdrətini göstərən digər bir amil isə, orduda xidmət edənlərin Vətənə, torpağa bağlılığıdır. Bizim ordumuz isə vətənpərvərlik ruhunda böyümüş 100 minlərlə hərbçidən ibarətdir.

Azərbaycan ordusu öz gücünü və mərdliyini dəfələrlə Ermənistan qarşısında da göstərmişdir. Naxçıvanda 10 min hektardan çox ərazini işğalçılardan azad etməyimiz, Aprel döyüşlərindəki şücaətimiz və Mübariz kimi, Ramil Səfərov kimi igidlərimizin vətən uğrunda şəhidlik zirvəsinə ucalması bunu sübut etməyə yetir.

Müasir dövrdə Azərbaycan hər cəhətdən güclü, öz sözünü deməyə qadir və heç kimdən asılı olmayan bir dövlətdir və bu dövlətin güclü ordusu var.

Nəsimi rayon gənci

Turan İbrahimli