“Grand Chess Tour”: Rəcəbovdan heç-heçə, Məmmədyarov liderlər qrupundabackend

“Grand Chess Tour”: Rəcəbovdan heç-heçə, Məmmədyarov liderlər qrupunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşlərini keçirib.

TİA.AZ-ın məlumatına görə, Məmmədyarov V turda rumıniyalı Konstantin Lupulesku ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 38-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka qarşı mübarizə aparıb. Görüş heç-heçə yekunlaşıb.

Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunur. Seriya ümumilikdə beş raunddan və böyük finaldan ibarət olacaq.