backend

Gözlənilən tarix açıqlandı – 16 aprel

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük bir dəyişiklik olmasa, referendum aprelin 16-da keçiriləcək. 

Böyük bir dəyişiklik olmasa, referendum aprelin 16-da keçiriləcək.

TİA.AZ xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ “TRT Xəbər” kanalına açıqlamasında deyib.

“Referendumla bağlı çirkin kampaniya aparanlar var, biz bu məsələni xalqımıza doğru şəkildə başa salacağıq. “Referenduma yox” deyənlərin hədəfi AKP-dir. Əmin olun ki, referendum, dəyişiklik Türkiyənin böyük sıçrayış yaşaması üçün olduqca vacibdir”, – Bozdağ bildirib.

Qeyd edək ki, referendumda konstitusiyaya bəzi dəyişikliklərin qəbul olunması nəzərdə tutulub.