Tribuna İnformasiya Agentliyi

Gözlə görünməyən modul ev -FOTO

12 Mart
Karli Kulson adlı dizayner faktiki olaraq gözlə görünməyən evin layihəsini təqdim edib. Bu effektə binanın xarici divarları üzərində quraşdırılmış xüsusi qurğunun hesabına nail olunub.
TİA.AZ novate.ru saytına istinadla bildirir ki, “The Disappear Retreats” adlı modul evdə enerji və su sərfi yox dərəcəsindədir. Sahəsi 7,7 kvadratmetr olan sözügedən evi istənilən yerə aparmaq mümkündür.
Modul ev yataq və vanna otağı ilə təchiz edilib. Bununla belə, evin dizaynını onun sahibinin istəyinə uyğun olaraq dəyişmək heç də çətin deyil.