Göyərtəsində 5000 turist olan ən böyük kruiz layneri Rusiyaya çatıb – Videobackend

Göyərtəsində 5000 turist olan ən böyük kruiz layneri Rusiyaya çatıb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin aprel ayında istifadəyə verilmiş Quantum Ultra sinfinə məxsus ən böyük kruiz layneri hazırda Rusiya sularına daxil olub.

Bizimyol.info xəbər verir ki, “Spectrum of the Seas” layneri hazırda Uzaq Şəqrdə Vladivastok sahillərindədir. Göyərtəsində dünyanın 38 ölkəsindən 5000 turist olan laynerin ekipajı 1500 nəfərdən ibarətdir.

Gəminin uzunluğu 347 metr, eni 41 metrdir, 16 göyərtə və 36000 kayutdan ibarətdir. Sərnişinlər gəmidəki basketbol meydançasından, avtodrom, virtual batut, banket zalı, 90 metr yüksəklikdəki okean mənzərəsinə açılan şüşə kapsul, amfiteatr, hovuzlar, saysız-hesabsız restoran və ticarət mərkəzlərindən istifadə etməklə səyahətlərinə rəng qata bilərlər.