“GOY GÖL RESORT” OTELƏ GETMƏYİN – MÜŞTƏRİDƏN ÇAĞIRIŞbackend

“GOY GÖL RESORT” OTELƏ GETMƏYİN – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Goy Gol Resort” otelə getməyi qərarlaşdıran Saleh Həsənov peşman olub. O, başına gələnləri paylaşaraq bir daha həmin otelə getməyəcəyini açıqlayıb. TİA.Az vətəndaşın üzləşdiyi mənzərəni təqdim edir:
“Otel Göygöl parkının daxilində yerləşir. Giriş adambaşı 2 AZN. Gəncədən təxminən 45 km-dir.
Əvvəlcədən zəng edib rezerv etmişdim, bazar günü extra bed ilə 100 AZN. Otel ərazisinə çatanda resepşnda növbə olduğunu görüb restorana getdim ki, növbə bitsin. Restoranda yeməklər baha və yarıçiy idi. Saat 3-də receptiona gələndə ödənişi alıb bir az gözlədib, kottecə yönləndirdilər. Əsas problemlər burada başladı. Kottec soyuq, heç bir təminat yox (sabun, tapıçka və s.) dərəcəsində. İrad tutanda dedilər ki 1-2 saata gətirəcəklər verərik. Extra bed niyə yoxdur sualına da eyni cavab verdilər: olacaq amma bir az gec. Yataq ağları əvvəlki gündən dəyişilməmişdi (üstündə bədən tükləri gözlə görünürdü). İrad bildirəndə başladılar ki, bəs işçimiz azdır, çatdırmırıq. Dedim istəmirəm otağı, qalmıram və gedirəm. Receptionda dedilər ki pul geri qaytarılmır. Səbəb isə yeri rezerv etməyimizdir. Nəsə ki menecer deyilən şəxs gəldi. O da başladı ki, bəs rezerv etmisiniz, yerimizi tutmusunuz və s. İzah edəndə ki sizin günahdır, dedi başqa otaq təklif edək. Sırf yataqların natəmizliyinə görə qəbul etmədim. Bu dəfə isə 15% komissiya tutulmaqla pulu geri qaytardılar zülmlə.
Uzun oldu, amma burda qalmağı qətiyyən heç kəsə tövsiyə etmirəm. Bir daha gedərəmmi? ƏSLA!!!”

TİA.Az