Gorus sakini: “Uşağı məktəbə tək göndərməyə qorxuruq, əl-ələ tutub gəzirik”backend

Gorus sakini: “Uşağı məktəbə tək göndərməyə qorxuruq, əl-ələ tutub gəzirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan əhalisinin baş nazir Nikol Paşinyana etimadı gündən günə azalır. Ordumuzun 44 günlük Vətən müharibəsindəki qələbəsi, müharibədən sonra Azərbaycanın siyasi arenada uğurları və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı proseslər Ermənistanın sərhəd rayonlarının əhalisinin qorxu içində yaşaması ilə nəticələnib. Xüsusən də Gorus sakinləri vəziyyətdən çox narahatdır və gələcəyə olan ümidlərini itirirlər.
Qaynarinfo xəbər verir ki, Gorus sakinlərindən biri jurnalistin “Paşinyan deyir ki, Gorus-Qafan yollarındakı bu hissələr azərbaycanlıların ərazisidir, ona görə də gömrük məntəqəsi yaratmağa gəliblər. Necə düşünürsünüz bu belədir” sualına belə cavab verib:
“Paşinyan deyir ki, mən heç bir kağıza qol çəkməyəcəyəm, amma imzalayır. Heç bir dəhliz verməyəcəyəm deyir, amma verir. Mən müqaviləli bir əsgərin həyat yoldaşı kimi çox narahatam. Mənə elə gəlir ki, heç nə bizdən asılı deyil. Fərqi yoxdur, hakimiyyət nə qərar verirsə, onu da edəcəklər. Paşinyan xalqın fikrinə uyğun olmayan və əksinə addımlar atır. Biz daimi qorxu hisləri içərisində yaşayırıq. Bu kiçik şəhərimizdə uşağımı məktəbə tək, məktəbdən evə, evdən hazırlığa göndərməyə qorxuram. Qorxudan daim əl-ələ tutaraq gəzirik. İşləməli olduğumuz müddətdə uşaqlarımızın aqibətini və təhlükəsizliyini düşünürük. Sərhəd zonasında yaşayırıq, valideynlərim Hartaşendə kənddən bir az aşağıda, düz sərhəddə yaşayırlar. Görürsünüz ki, burda sərhəddəyik, başımızın üstündə azərbaycanlılar dayanıb. Necə qorxmayaq”.