“Görünür vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər” – Deputatbackend

“Görünür vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlərdə yoluxmanın sayı sürətlə artır. Amma bu vəziyyətin nə qədər ağır və ya yüngül olmasını Operativ Qərərgah bilir. Əgər sərtləşməyə gedəcəklərsə, demək ki, vəziyyət çox pisdir”.

Bu sözləri açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

O, qeyd edib ki, belə görünür ki, vəziyyət çox pisdir:

“Təbii ki, yenidən qapanmalara getmək, yenidən hər yeri bağlamaq iqtisadiyyatımız üçün, insanlar üçün böyük problemlər yaradacaq. Amma xəstələrin də sayı artır. Mənə də müraciət ediblər ki, ağır xəstəmiz var, kömək edin onları xəstəxanaya yerləşdirək. Xəstəxanalarda demək olar ki, yerlər dolur. Oksigen balonları çatışmır.

Oksigen zavodu da dayanıb, mən bununla bağlı bir həyəcan təbili çalmışdım. Belə bir vəziyyətdə artıq Operativ Qərərgahın məsuliyyətidir ki, hansısa qərarları verir və onun arxasında dayanır.

Amma belə görünür ki, vəziyyət çox pisdir ki, sərtləşməyə getmək istəyirlər”.

Razi Nurullayev onu da qeyd edib ki, ciddi sərtləşmə olacağını düşünmür: ”Hər halda elə qərarlar verərlər ki, əvvəlki çətin vəziyyət yaranmasın. Mənə belə gəlir ki, biz virusla yaşamağa öyrənmişik. Amma ola bilsin ki, qaydaları sərtləşdirsinlər. Vətəndaşlar üçün həm peyvənd olunma, maska və spirtdən istifadə ciddi tətbiq olunacaq. Düşünmürəm ki, iqtisadiyyata zərbə vuracaq ciddi sərtləşməyə gedilsin”.