Görünməz düşmən: “Böyük aclıq” yaxınlaşır? – VİDEObackend

Görünməz düşmən: “Böyük aclıq” yaxınlaşır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya ərzaq bazarında qiymət artımı son günlər daha da sürətlənib. Hazırda dünya bazarında əlverişli qiymətə ərzaq tapmaq ciddi problemə çevrilib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, bahalaşmaya və qida çatışmazlığına Rusiya-Ukrayna savaşı da güclü təsir göstərir. Müharibədən öncə bu ölkələrin ümumilikdə 400 milyard dollardan artıq illik ixracatları olurdu.
O bildirib ki, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyır.
Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin daha da güclənməsi çox vacibdir.