Tribuna İnformasiya Agentliyi

Görmə qüsuru olanlar da artıq sənət əsərlərini “görə biləcək”

11 Avqust

Çexiyanın paytaxtı Praqada tez-tez sənət sərgiləri təşkil olunur. Növbəti dəfə təşkil olunan belə sərgidə bir ilkə imza atılıb.

Musavat.com xəbər verir ki, Praqda təşkil olunan növbəti rəsm sərgisində görmə qüsuru olan şəxslərin də iştirakını təmin etmək üçün yeni qurğu işə başlayıb.

Sərgidə sosial gerçəklik texnologiyasının hesabına görmə qüsuru olanlar da sənət əsərlərini “görə biləcək”. Qeyd edək ki, Praqada 3 ədəd sosial gerçəklik texnologiyalı əsər var.

Sərgiyə gələn ziyarətçilər “toxunma” texnologiyasına sahib əlcəklər geyəcəklər. Əsas məsələ də bu əlcəklərdədir. Həmin əlcəklər adamın beynində bir şeyə toxunma hissiyatını yaradacaq mesajı yollayan titrəyişə sahibdir. Bu titrəyişin hesabına rəsmə toxunaraq onun şəklini beyində canlandırmaq mümkündür.

Bu əcəklərin insanlar tərəfindən bəyəniləcəyi təqdirdə, digər rəsm sərgilərində də istifadə olunması gözlənilir.
Sərgidə çəkilmiş izahlı videonu sizlərə təqdim edirik: