Goranboy sakini: “Koronavirusun dərmanını tapmışam” – VİDEObackend

Goranboy sakini: “Koronavirusun dərmanını tapmışam” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanı cənginə alan koronovirusdan qorunmaq, xəstəliyin hər hansı vaksinini, dərman bitkisini tapmaq hər kəs üçün maraqlıdır.

Baku.Tv xəbər verir ki, əslində dünya alimləri son üç ayını elə koronavirusun dərmanını tapmağa sərf ediblər, desək yanılmarıq.

Goranboyun Borsunlu kəndində yaşayan 67 yaşlı Ələddin Abbasov isə iddia edir ki, o, alimlərdən fərqli olaraq, xəstəliyin dərmanını tapıb. Bunu axtarmaq üçün də uzağa getməyə ehtiyac yoxdur. Elə bizim “milli mənəvi dəyərimiz” sayılan üzərlik bitkisi həmin virusu məhv edir. Yabanı halda bitən bitkinin qurusunu yandırmaqla, onun tüstüsünü qoxulayıb, mikrobları öldürmək mümkündür.

Aran rayonlarında rast gəlinən üzərlik daha çox nəzər qaytarmağı ilə tanınır. Ələddin kişi isə bitkini gündəlik evdə yandırmaqla nəzərləri yox, virusları məhv etdiyi bildirir.

Bir neçə müddət əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da ölkəsində kornovirusdan qorunmaq üçün üzərlikdən istifadəyə üstünlük verilməsinin vacib olduğunu demişdi.