Goranboy RİH yarım milyonluq tenderi hansı şirkətə verdi?backend

Goranboy RİH yarım milyonluq tenderi hansı şirkətə verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Goranboy Şəhər İcra Nümayəndəliyi Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi “Ərdağı” MMC olub. İcra Hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 451 411.12 AZN olan satınalma müqaviləsi imzalanıb.
“Ərdağı” 10 dekabr 1992-ci ildə təsis edilib. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, “Asfaltzavod”da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

“Ərdağı” MMC 1992-ci ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və rəsmi internet səhifəsinə də rast gəlinmir.
Mediada “Ərdağı” MMC barədə gedən yazılardan isə məlum olur ki, şirkət əsasən Goranboy, Gəncə və Göygöl rayonlarının keçirdiyi tenderlərin qalibi olur. Bu tenderlərin əksəriyyəti də iri məbləğli olması ilə diqqət çəkir. 10 manatlıq və barəsində heç bir məlumat olmayan şirkətin milyonluq tenderlərin qalibi olması müəyyən şübhələrə yol açır. Mətbuat “Ərdağı” MMC-nin şübhəli tenderlərin əsas oyunçularından biri kimi təqdim edir.
Araşdırmalarımız nəticəsindən bəlli olub ki, Goranboy Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlar 2020-2022-ci illərdə “Ərdağı” MMC ilə toplam dəyəri 3 milyon manata çatan 8 satınalma müqaviləsi imzalayıb. Müqavilərlər əsas abadlıq işləri və yolların təmiri ilə əlaqədardır. Beləliklə, aydın olur ki, Goranboyda hər il abadlıq işləri görülür və yollar təmir olunur.