Tribuna İnformasiya Agentliyi

Görənlər dəhşətə gəlir – İnsanabənzər buzov – VİDEO

10 Sentyabr

Argentinanın Santa Fe vilayətinə bağlı Villa Anna kəndində dünyaya gələn bir buzov görənləri heyrətə salıb.

Open.az “Daily Star”a istinadən xəbər verir ki, insan üzünü xatırladan sifətlə anadan olduğu irəli sürülən buzovun həyatdakı ilk anları kameraya qeyd edilib və sosial şəbəkədə paylaşılıb.

Balaca burun və ağızla dünyaya gələn buzovun yalnız bir neçə saat həyatda qaldığı bildirilib.

“YouTube”da yer alan görüntülərdə heyvanın başını qaldırmaqda çətinlik çəkdiyi görünüb.

Genetika alimi Nikolas Magnago bu vəziyyətin nadir görülən genetik mutasiyadan qaynaqlanmış ola biləcəyini söyləyib.