Tribuna İnformasiya Agentliyi

“Google” yol qəzasına düşən istifadəçilərə kömək edəcək

02 Oktyabr

ABŞ-ın “Google” korporasiyası yol qəzalarında istifadəçilərə kömək etmək üçün “Android” əməliyyat sisteminə yeni tətbiq əlavə etməyə hazırlaşır.

TİA.AZ  xarici mətbuata istinadən xəbər verir ki, tətbiqin məqsədi qəzadan dərhal sonra istifadəçinin vəziyyətini bilmək və təcili yardıma zəng etməkdir.

Əvvəlcə ABŞ-da istifadəyə verilməsi planlaşdırılan yeniliyin “Google”un “Pixel 4” cihazları üçün eksklüziv olduğu bildirilir.

Sistem qəzadan sonra istifadəçidən onun vəziyyətini soruşacaq və cavab almazsa dərhal hadisə yerinə tibbi heyət çağıracaq.