Google yaydan YouTube bloggerlərinə vergi tətbiq edəcəkbackend

Google yaydan YouTube bloggerlərinə vergi tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikanın Google şirkəti 2021-ci ilin yayında ABŞ xaricində yayımlanan YouTube video bloggerlərinin gəlirlərindən vergi almağa başlaya biləcəyini açıqlayıb.
TİA.AZ xəbər verir ki, şirkət müəlliflərindən may ayının sonunadək bütün lazımi vergi məlumatlarını vermələrini tələb edib. Blogger bunu etməzsə, gəlirin 24%-i avtomatik olaraq çıxılacaq.
Bununla birlikdə, videonun yalnız Amerika auditoriyasından alınan gəlirinin hissəsi vergiyə cəlb ediləcək.
Yeri gəlmişkən, daha əvvəl mətbuatda xarici şirkətlərin YouTube kimi platformalardan istifadə edərək reklamdan pul qazanan rus bloggerlər üçün fərdi gəlir vergisi ödəməli ola biləcəyi barədə məlumatlar yayılmışdı.