“Google”un məlumat mərkəzində partlayış: Yaralananlar varbackend

“Google”un məlumat mərkəzində partlayış: Yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Google-da qlobal fasilə yaranıb.
Kəsintiyə səbəb ABŞ-da məlumat mərkəzində baş verən partlayış kimi göstərilir. Partlayış nəticəsində ölən olmasa da, bəzi işçilər yaralanıb.
Texnologiya nəhənginin verdiyi açıqlamada ABŞ-ın Ayova ştatının Council Bluffs şəhərindəki məlumat mərkəzində meydana gələn elektrik qəzası nəticəsində 3 elektrikçinin ağır yaralandığı bildirilib.
Qeyd olunur ki, qəza bazar ertəsi günorta saatlarında məlumat mərkəzi binalarının yaxınlığındakı yarımstansiyada baş verib.
Qəza zamanı transformatorda işləyən fəhlələrin xeyli dərəcədə yanıq xəsarətləri aldığı öyrənilib. Yaralı elektrikçilər təcili olaraq xəstəxanaya yerləşdirilərkən, 3 işçinin də huşunun yerində olduğu bildirilib. Xəsarət alanların son sağlamlıq durumu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.