Google haqqında şok iddia: İnsanların davranışlarını…backend

Google haqqında şok iddia: İnsanların davranışlarını…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə dərc olunan “The Times” qəzeti Google-ın X adındakı gizli araşdırma dəstəsi tərəfindən 2016-cı ildə hazırlanan səkkiz dəqiqəlik bir videonun internetə sızdığı haqqında yazıb:

“Google insanların davranışlarını manipulasiya etmək və bütün canlıların faydasına olacaq nəticə əldə etmək üçün ayrı-ayrı fərdlər haqqında topladığı böyük datanı istifadə etdiyi bir gələcək xəyal edir”.

Xəbərdə, səkkiz dəqiqəlik videoda Google-ın əlindəki datanın “qeyd dəftəri” olaraq təqdim edildiyi və bunların passiv məlumatlar olmaqdan çıxarılaraq insanların hərəkətlərini şirkətin “dəyərlərinə” uyğun bir şəkildə təsir edə biləcəyinin deyildiyi qeyd olunur.

Həmçinin Google-ın bir şəxs haqqında kifayət qədər dataya sahib olmadığı hallarda da alqoritmin həmin insan haqqında məlumat toplamaq üçün cəlbedici bir məhsul hazırlaması gözlənilir.

İddiaların əksinə olaraq Google videonun gələcəyə hesablanmış hər hansı bir planı əks etdirmədiyini və tamamilə “düşüncə sınağı” olduğunu deyib.

Buna baxmayaraq analitiklər birinci ehtimalı daha məntiqə yaxın hesab edirlər.

“Bundan başqa Google “istifadəçinin davranışında potensial səhvləri müəəyyən edən və düzəldən” bir layihəsi də daxil olmaqla patent almaq üçün müaricət etdiyi hər cəhdinin arxasında oxşar fikirlər yer alır” – qəzetdə belə deyilir.

Minval.info