Gömrük Komitəsinin sabiq sədrinin yaxın adamlarının rüşvət cinayətləri — ŞOK FAKTLARbackend

Gömrük Komitəsinin sabiq sədrinin yaxın adamlarının rüşvət cinayətləri — ŞOK FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin inspektoru vəzifəsində işəmiş Vüsal İsrafilli və Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləmiş Əbülfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hər iki təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin dövründə bu komitədə işləyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Vüsal İsrafilli və Əbülfət Quliyevin rüşvət almaları barədə cinayət işi 2017-ci ilə təsadüf edir.

2018-ci il aprelin 23-də Aydın Əliyev Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. Bundan sonra hər iki təqsirləndirilən şəxsin barəsində cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.

İttihama görə, Vüsal İsrafilli Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin inspektoru vəzifəsində işləyərkən, gömrük nəzarətinin həyata keçirilməsi zamanı yoxlama baxış sistemlərindən istifadə etməklə gömrük sərhədindən keçən avtomobil nəqliyyatı ilə daşınan yükləri, o cümlədən fiziki şəxslərə məxsus əl yüklərini və baqajları gömrük yoxlamasından keçirmək, nəqliyyat vasitələrinə, mallara eləcə də sərnişinlərin baqaj və əl yüklərində məxsus müşayiət edici sənədlərini tələb etmək, iri qabaritli və yüngül malların stasionar baxış (rentgen) sistemi vasitəsi ilə yoxlanılması zamanı onlara məxsus müşayiət edici sənədlərini skanlaşmasını aparmaqla xüsusi bazada qeydiyyat aparmaq, yoxlanılan mallara, eləcə də sərnişinlərin baqaj və əl yüklərinə məxsus rentgenoqrammanın analizini təhlil etmək, yoxlanılan nəqliyyat vasitələrində və mallarda aşkar edilmiş hüquq pozma predmetinin dövriyyədən çıxarılmasını və müvafiq qaydada aidiyyatı üzrə təhvil verilməsini təmin etmək, yoxlanılan nəqliyyat vasitələrində, mallarda eləcə də sərnişinlərin baqaj və əl yüklərində aşkar edilmiş hüquqpozma faktları barədə Baş idarə və şöbə rəhbərliyini dərhal məlumatlandırmaq və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsinin böyük inspektoru Əbülfət Quliyev ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib.

Vüsal İrsrafilli xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə görə rüşvət almaq məqsədi ilə ixrac edilməsi zamanı xüsusi razılıq-lisenziya tələb olunan “Hirudo medicinalis” növlü müalicəvi tibb zəlilərinin gömrük nəzarətindən gizli İran İslam Respublikasına keçirilməsindən ötrü müraciət etmiş Masallı rayon Boradigah qəsəbə sakini Abdullayev Azad Zadil oğlundan həmin məsələnin qanunsuz həlli, yəni müalicəvi tibb zəlilərinin gömrük nəzarətindən gizli olaraq İran İslam Respublikasına keçirilməsi üçün 03 iyun 2017-ci ildə özünün yaşadığı Lənkəran rayonu, Kənarmeşə kəndində həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 1721 manata bərabər 1000 ABŞ dolları, 4 iyun 2017-ci il tarixdə həmin yerdə 1362 manata bərabər 800 ABŞ dolları alıb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal İsrafilli və Əbülfət Quliyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onların kasasiya şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, onların kasasiya şikayətləri də təmin edilməyib.