Gömrük Komitəsinin rəhbərliyi anadan olduqları yeri belə gizlətdilər – FOTOFAKTbackend

Gömrük Komitəsinin rəhbərliyi anadan olduqları yeri belə gizlətdilər – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərdən (sədr və sədr müavinləri) 4-ü Naxçıvan Müxtar Respublikasında doğulsalar da, qurumun rəsmi saytında yer alan məlumatlarda onların doğum yeri göstərilməyib.
Yeniavaz.com xəbər verir ki, əvvəllər Komitənin rəhbərliyində yer alan şəxslərin hər birinin saytda yerləşdirilən tərcümeyi-hallarında doğum yeri qeyd olunub.
Qeyd edək ki, daha əvvəl yeniavaz.com Dövlət Gömrük Komitəsinin rəhbərliyində yer alan şəxslərin təxminən yarısının Naxçıvan Müxtar Respublikasında anadan olduğu barədə məlumat verib (bu Linkdən baxa bilərsiniz). Həmin yazıda göstərilib ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir.
Əvvəllər qeyd olunsa da, hazırda Naxçıvan Müxtar Respublikasında anadan olan sədr və onun 3 müavininin rəsmi saytda yer alan tərcümeyi-halından doğum yerləri silinib.
Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərin (sədr və sədr müavinləri) doğum yerini təqdim edirik:
1. Mehdiyev Səfər Məmməd oğlu – Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik – 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2. Hüseynov İsmayil Xəlil oğlu –  Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor – 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3. Abdullayev Əsgər Həsən oğlu – Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant – 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4. Həsənəliyev Rza Cahangir oğlu – Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant – 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5. Qasımov Cavad Mustafa oğlu – Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor – 1967-ci il mayın 31-də Bakı şəhərində anadan olub.
6. Babayev İqbal Alıcan oğlu – Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor – 1964-cü ildə Yardımlı rayonunda  anadan olub.