Gömrük Komitəsinə sədrlik Şahin Bağırova həvalə olundu – FOTObackend

Gömrük Komitəsinə sədrlik Şahin Bağırova həvalə olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

TİA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.