Gömrük Komitəsindən yeni qayda: “Könüllü gömrükçü”, yoxsa “xəbərçilik xidməti”? (FOTO)backend

Gömrük Komitəsindən yeni qayda: “Könüllü gömrükçü”, yoxsa “xəbərçilik xidməti”? (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TİA.AZ xəbər verir ki, bu sözləri Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu hava limanında yaradılmış yeni “xidmət”dən danışarkən deyib. Bakıya qayıdan naşir hava limanında qarşılaşdığı vəziyyəti qələmə alıb:
“Bu qurum monopoliyanın tətbiqi və qorunması yolunda hər çür tədbirlərə əl atır. Bu, heç, gəlin yeni qaydanı deyim.
“Könüllü gömrükçü” deyə bir xidmət yaradılıb. Xidmət yox, buna “xəbərçilik xidməti” də demək olar. Bir qrup gənc  belində “Könüllü gömrükçü” yazısı ilə baqaj alınan yerdə durub  yüklərə nəzarət edir.
Nəyə nəzarət edirlər?
Bu, yalnız bizdə baş verir. Sərnişinin yükü təyyarədən endiriləndən sonra özünün iştirakı olmadan yoxlanılır. Hansı çamadanda şübhəli mal aşkar olursa, ona qırmızı lent bağlanır. O qırmızı lenti bəzən sərnişinlər qoparıb atırlar, çünki sərnişinin iştirakı olmadan yükün yoxlanması qanunsuzdur.
“Gömrükçü könüllü” lenti qoparan şəxsi müəyyən edərək qapıda dayanan Gömrük işçilərinə xəbər verirlər. Yəni, bu məsum uşaqların işi xəbərçilik etməkdən ibarətdir.
Ümumiyyətlə, “könüllü gömrükçü” nə deməkdir? ASAN xidmət bunu tətbiq edir, bu normaldır, çünki gələn insanlara yardım edirlər. Gömrükdə isə “könüllü” absurd məsələdir. Əgər onlar uşaqlara, yaşlılara, uşaqlı ailələrə, əlillərə yardım etmək niyyəti ilə bu işə cəlb olunsaydı, buna normal yanaşmaq olardı. İndidən bu uşaqları xəbərçiliklə zəhərlənməkdənsə, peşə öyrədin, empati öyrədin, insanların qayğısına qalmağı öyrədin”.