GÖMRÜK KOMİTƏSİ MİKAYIL CABBAROVA TAPŞIRILIR – YENİ DƏYİŞİKLİK DALĞASI…backend

GÖMRÜK KOMİTƏSİ MİKAYIL CABBAROVA TAPŞIRILIR – YENİ DƏYİŞİKLİK DALĞASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident sərəncamı ilə vəzifəsindən azad edilən Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin yerinə təyinat gözlənilmir. TİA.Az-ın əldə etdiyi məlumata görə, gömrük komitəsi bir xidmət sektoru olaraq İqtisadiyyat Nazirliyi tərkibində fəaliyyət göstərə bilər. Bununla bağlı struktur dəyişikliyi nəzərdə tutulur və komitənin ayrıca qurum kimi fəaliyyəti məhdudlaşdırılaraq İqtisadiyyat Nazirliyinə birləşdirilir. Uzun zamandır ki, təkliflər səslənməkdədir, gömrük orqanlarının Maliyyə Nazirliyi, yaxud İqtisadiyyat Nazirliyi tərkibində fəaliyyət göstərməsi ideyası irəli sürülür. Çünki ayrılıqda işi korrupsiyadan başqa heç bir səmərə verməyən gömrük sisteminin başına kimin gətirilməsinə baxmayaraq, nəticə verməyib. Son günlərdə gömrükdə aparılan həbslər, yüksək rütbəli şəxslərin rüşvətlə tutulması, bir generalın isə cəbhə bölgəsinə gedən siqaretləri satması faktı bütün çirkin reallığı ortalığa qoydu. Bu da Səfər Mehdiyevin istefasını gerçəkləşdirdi. O, vəzifəyə gələndə gömrükdə 1 manat rüşvət olarsa, istefaya verəcəyini açıqlamışdı. İstefa vermədi, amma istefaya göndərildi.

TİA.Az