GÖMRÜK KOMİTƏSİ İQTİSADİYYAT NAZİRLİYİNƏ BİRLƏŞDİRİLSƏ, MƏNTİQLİ OLAR – İQTİSADÇIDAN TƏKLİFbackend

GÖMRÜK KOMİTƏSİ İQTİSADİYYAT NAZİRLİYİNƏ BİRLƏŞDİRİLSƏ, MƏNTİQLİ OLAR – İQTİSADÇIDAN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalması bir çox ölkələrdə çoxdan ləğv olunub”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli TİA.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, komitənin iş prinsipi məntiqə uyğun deyil:

“Çox azsaylı ölkələr var ki, məsələn, Rusiya kimi ölkələrdə Gömrük Komitəsi ayrıca bir qurum kimi mövcuddur. Digər ölkələrdə isə vergi və gömrük xidmətləri eyni mərkəzdə cəmləşir, çünki ikisi də büdcəyə transfer olunan, büdcəyə vəsait toplayan orqanlardir. Vergilər artıq İqtisadiyyat Nazirliyinin tərkibinə verilib və yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin tərkibində vergilərin olması vergilərin adının iş adamları tərəfindən neqativ hallanmasının xeyli qarşısını alıb. Çünki vergilərin iş fəaliyyətində bir dəyişiklik olub. Eyni məntiqlə Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyində bir departament kimi, bir bölmə kimi birləşdirilməsi daha məntiqli olar. Çünki Gömrük orqanlarının Azərbaycandakı fəaliyyəti məntiqə uyğun deyil. Gömrük orqanlarının fəlsəfəsi ondan ibarətdir ki, daxili bazarı qorumaq üçün yüksək rüsumlar tətbiq edirlər. Bu dünyanın hər yerində belədir. Bizdə isə daxili bazarda istehsalı olmayan məhsulların belə çox böyük rüsumları var. Bu rüsumlar ölkədə həm bahalaşmaya səbəb olur həm də gömrük orqanlarından ciddi narazılıq yaradır. Ona görə də Gömrük orqanlarının ayrıca, müstəqil bir qurum kimi qalmasının heç bir əhəmiyyəti yoxdur”.

Aytac

TİA.Az