Gömrük Komitəsi əhalinin rifahında əsas maneəyə çevrilib… – Günahkar sistemdir, yoxsa rəhbərlik?backend

Gömrük Komitəsi əhalinin rifahında əsas maneəyə çevrilib… – Günahkar sistemdir, yoxsa rəhbərlik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sadə vətəndaşlar, sahibkarlar Gömrük Komitəsinin fəaliyyətindən hər nə qədər fəryad etsələr də, onların şikayətini eşidən və dinləyən yoxdur…

Tural Abbaslı: “Bu gün insanların ən çox narazı və narahat olduqları dövlət qurumlarından başda gələni Dövlət Gömrük Komitəsidir”.

“Heç olmasa, gömrük işçiləri xaricdən gətirilən malalrı özlərinə uyğun qiymətləndirməsələr, yenə də bazarda qiymət bu şəkildə yüksək olmaz. Sanki Gömrük Komitəsi son nəticədə ancaq əhalinin qəniminə çevrilmək üçün fəaliyyət göstərir”.

Bir çox iqtisadçılar, o cümlədən deputatlar hesab edirlər ki, Azərbaycanda iqtisadi və sosial rifahın qarşısını alan əsas səbəb Gömrük Komitəsinin fəaliyyətidir. Bu qurumun fəaliyyətindən olan şikayətlər isə bitib tükənmək bilmir. Sadə vətəndaşlar, sahibkarlar Gömrük Komitəsinin fəaliyyətindən hər nə qədər fəryad etsələr də, onların şikayətini eşidən və dinləyən yoxdur.

Maraqlıdır ki, Səfər Mehdiyev bu vəzifəyə təyinat alarkən gömrük orqanlarının işində ciddi dəyişikliklərə səbəb olaacq islahatlar vəd etmişdi. Komitə sədri bir açıqlamasında hətta gömrükdə şəffaflığın yaradılacağını və rüşvət halalrının tamamilə ortadan qaldırılacağını bildirmişdi və populistcəsinə qeyd eləmişdi ki, əgər gömrüyün fəaliyyətində rüşvət halalrı olacaqsaı , o, istefa verəcək. Artıq Səfər Mehdiyev 4 ildən artıqdır ki, bu quruma rəhbərlik edir və bu müddət ərzində dəfələlə sahibkarlar gömrük orqanlarının işindəki nöqsanlardan, o cümlədən rüşvət faktları ilə bağlı sədrə müraciətlər ünvanlayıblar. Sosial şəbəkələrdə isə demək olar ki, hər gün belə videsujetlər yayılmaqdadır.

Qeyd edək ki, bu yaxınlarda Milli Məclisin deputatı Müşfiq Cəfərov da yerli mətbuata verdiyi açıqlamada bildirmişdi ki, “gömrüyün fəaliyyətində müsbətə doğru heç nə dəyişməyib”. Deputat vurğulamışdı ki, artıq gömrükdə ciddi islahatların vaxtı gəlib çatıb:

“Düşünün, vətəndaş mal gətirir və malın qiyməti təxmini rəqəmlərlə desək, 1000 manatdır. Gömrükdə isə bu, 3000 manata dəyərləndirilir. Məsələn, götürək ölkəyə gətirilən avtomobillərdən alınan gömrük rüsumunu. Sahibkar Avropa və ya Amerikadan internet vasitəsilə aldığı avtomobili 1000 avro ödəyərək Azərbaycana gətirir. Burada isə dövlət tərəfindən qoyulan gömrük rüsumundan əlavə, qeyri-qanuni əlavə ödənişlər də tələb edilir. Bu da avtomobilin alış qiymətinin 2, hətta 3 qatına bərabər olur. Belə olan halda həm vətəndaşlar arasında narazılıq yaranır, həm də süni olaraq bahalaşma baş verir”.

Xatırladaq ki, bir neçə deputatda süni qiymət artımı ilə bağlı bu kimi məsələləri Milli Məclisdə səsləndirmələrinə baxmayaraq, bu məsələrə hələ də rəsmi qaydada reaksiya verilmir.

Qeyd etdiyimiz kimi, sahibkarların ən çox şikayətçi olduqları məsələlərdən biri və birincisi ucuz alınan malların qiymətinin gömrükdə zorla yuxarı göstərilməsidir. Məsələ ondadır ki, Gömrük Komitəsi ölkəyə ucuz malın daxil olmasına əmgəl olan bir nömrəli qurumdur. Yəni əslidə gömrük ölkədə monopoliya yaradaraq süni qiymət artımını həyata keçirən bir quruma çevrilib və demək olar ki, qurumun fəaliyyəti də bundan ibarətdir. Hər halda ortada olan mənzərə bizə bunu deməyə əsas verir.

Bütün bu fəaliyyətləri ilə faktiki olaraq Gömrük Komitəsi həm də ölkə vətəndaşlarının sosial və iqtisadi rifahına əngəl olan bir quruma çevrilib. Yəni Səfər Mehdiyevin rəhbərlik etdiyi qurum ölkə bazarında yüksək qiymətlərin olmasını təmin edərək əhalinin kasıblamasına yol açır.

Belə bir təəssurat da var ki, Gömrük Komitəsinin ölkədə qiymətləri artıran fəaliyyəti bu qurumun vəzifəli şəxslərinin, şəxsən Səfər Mehdiyevin büdcə planını artıqlaması ilə doldurması ilə əlaqəlidir. Yəni Səfər Mehdiyev öz yerini isti eləmək məqsədi ilə ölkədə qiymətlərin artımını təmin edərək həm inflyasiya yaradır, həm də milyonlarla vətəndaşın iqtisadi və sosial rifahını baltalayır. Çox təəssüf ki, hökümət də Gömrük Komittəsinin süni qiymət artımı ilə bağlı fəaliyyətinin qarşısını almır, bunu görməməzlikdən gəlir, bəzən isə öz qərarları ilə Komitənin əhalinin daha çox kasıblaşmasına yönəlik fəaliyyətinə dəstək verir.

Ümumilikdə gömrük sisteminin ölkə əhalisinin rifahında əsas maneəyə çevrilməsi, sistem problemidir, yoxsa bu sadəcə rəhbərliyin ancaq öz maraqları üçün çalışmalarından qaynaqlanır?

Gömrük Komitəsinin apardığı işlərdəki nöqsanları PİA.az-ın əməkdaşı AĞ Partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Tural Abbaslı: “Elə bil indi Azərbaycanda nazirlər və nazirliklər arasında kimin büdcəyə daha çox pul qaytarması, kim vətəndaşların cibindən daha çox pul çıxarıb büdcəyə ödəməsi kimi bir yarış var”.

Dünyanın hər yerində dövlət büdcəsindən insanların rifahının yaxşılaşdırılması üçün pulların ayrıldığını vurğulayan partiya sədri PİA.az-a açıqlamasında bildirib ki, əsas hədəf də insanların iqtidardan razı salınmasıdır. Azərbaycanda isə bir çox dövlət qurumları insanları narazı salıb, büdcənin doldurmaq məşğuldurlar. Onlara görə bu vəzifənin öhdəsindən gəlmək deməkdir. Əslində isə əhalinin rifahına balta çalan məmurlar heç də vəzifələrinin öhdəsindən gəlmirlər. Çünki onların məqsədi xalqa, vətəndaşa xidmət etmək deyil, xalqın, vətəndaşın kasıblaşmasına yol açaraq öz karyeralarını davam etdirməkdən ibarətdir:

“Bu gün insanların ən çox narazı və narahat olduqları dövlət qurumlarından başda gələni Dövlət Gömrük Komitəsidir. İstər gömrük məhsullarının qiymətlərinin yüksək olması, istərsə də gətirilən məhsullardan əlavə ödənişlərin tələb olunması, digər tərəfdən xaricdən gətirilən malalrın qaimələrinin gömrük tərəfindən qəbul eilməməsi və həmin mala özlərinin qiymət biçmələri həm kiçik və orta sahibkarlığın inkişafına çox mane olur, həm də bu sadə vətəndaşların dolanışığına birbaşa təsir edir. Yəni bütün bunlar daxili bazarda qiymət artımında bir nömrəli faktor olaraq çıxış edir.

Biz illərdir ki, Gömrük Komitəsinin xalqa yaratdığı problemlərdən danışırıq. Rəqəmlər, faktlar ortaya qoymuşuq. Amma təəssüf ki, nə komitədə vəziyyət düzəlir, nə gömrük rüsumları aşağı salınır, nə də ümumiyyətlə bəzi məhsullar gömrükdən azad edilmir. Bunların hamısı da sadə vətəndaşların cibinə birbaşa zərbədir. Heç olmasa, gömrük işçiləri xaricdən gətirilən malalrı özlərinə uyğun qiymətləndirməsələr, yenə də bazarda qiymət bu şəkildə yüksək olmaz. Sanki Gömrük Komitəsi son nəticədə ancaq əhalinin qəniminə çevrilmək üçün fəaliyyət göstərir.

Düşünürəm ki, Gömrük Komitəsi büdcəyə ödədiyi məbləğlə öyünməli deyil, onlar sadə vətəndaşlara yaratdıqları problemləri həll etməlidirlər. Dünyanın hər yerində belədir ki, dövlət büdcəsindən insanların rifahının yaxşılaşdırılması üçün pullar ayrılır. Əsas hədəf də insanların iqtidardan razı qalmasıdır. Azərbaycanda isə bir çox dövlət qurumları insanları narazı salıb, büdcənin doldurmaq məşğuldurlar. Onlara görə bu vəzifənin öhdəsindən gəlmək deməkdir. Əslində isə əhalinin rifahına balta çalan məmurlar heç də vəzifələrinin öhdəsindən gəlmirlər. Çünki onların məqsədi xalqa, vətəndaşa xidmət etmək deyil, xalqın, vətəndaşın kasıblaşmasına yol açaraq öz karyeralarını davam etdirməkdən ibarətdir.

Tural Abbaslı: “Hansısa nazirlik, hansısa komitə hesabat verəndə ki, biz qənaət edərək büdcəyə bu qədər pul ödəmişik, orada sual olmalıdır ki, bu pulu qənaət etməyin müqabilində neçə yüz min insanı narazı salmısınız, neçə yüz min insanın boğazından çörəyini çıxarıb almısınız? ”.

Büdcə pullarının xərclənməsinin istiqamətləri, oradakı şəffaflıq da başqa məsələdir.

Elə bil indi Azərbaycanda nazirlər və nazirliklər arasında kimin büdcəyə daha çox pul yatırması, kim vətəndaşların cibindən daha çox pul çıxarıb büdcəyə ödəməsi kimi bir yarış var. Məsələn Əmək və Əhalinin Sosial Müdafiəyə Nazirliyi də fəxr edir ki, biz bu il büdcədən 600 min milyon manat pulun geri qaytarılmasına nail olmuşuq. Halbuki onlar bununla nə qədər ailəni çörəksiz qoyublar. Nə qədər əlili taleyin ümidinə buraxıblar.

Gömrük Komitəsi də deyir 130-140 faiz öhdəlikləri yerinə yetirmişik, Vergilər Nazirliyi bütün orta və xırda sahibkarların boğazına çəkməklə məşğuldur ki, büdcə ödənişlərini artırırıq. Bu nə yanaşmadır. Belə çıxır ki, bu məmurların hər biri sistematik şəkildə əhalinin rifahı üçün deyil, özlərinin hesabat vermələri adına çalışırlar və bu hesabatlarda da hər şey gözəl görünsə də, əslində vətəndaşın sosial müdafiəsini sıfır həddinə gətirib çıxarır.

Hətta vəziyyət o yerə çatıb ki, Respublika Prokurorluğu belə deyir ki, biz büdcəyə filan qədər pul qayatarmışıq. Amma bir daha qeyd edim ki, məqsəd büdcəyə pul qaytarmaq olmalı deyil. Məqsəd insanların məmnuniyyəti olmalıdır. Yəni hansısa nazirlik, hansısa komitə hesabat verəndə ki, biz qənaət edərək büdcəyə bu qədər pul ödəmişik, orada sual olmalıdır ki, bu pulu qənaət etməyin müqabilində neçə yüz min insanı narazı salmısınız, neçə yüz min insanın boğazından çörəyini çıxarıb almısınız?

Düşünürəm ki, bu ümummillikdə sistemin problemidir. Buna görə də naziri dəyişib başqa nazir də qoysalar, sistem dəyişməyəcəkə, yanaşma dəyişməyəcəksə, yeni nazir də bu yarışa qoşulacaq. Nəticədə də kim xalqın boğazından kəsib, büdcəyə daha çox vəsait keçirir, yarışı davam edəcək. Son nəticədə də xalq kasıblaşacaq, qəzəblənəcək. Buna görə də sistem, yanaşma və idarəçilik fəlsəfəsi dəyişməlidir”.