Gömrük Komitəsi “Avromed”i cərimələdibackend

Gömrük Komitəsi “Avromed”i cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Avromed Company” QSC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci  maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “Avromed Company” QSC barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyilə sentyabr ayının 2-də baxılacaq.
Məlumat üçün bildirək ki, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed Company” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov bu ilin fevral ayında şirkətə baş direktor təyin olunub.
Onu da bildirək ki, mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi halında millət vəlilinin 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlmada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb: “Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”.