Tribuna İnformasiya Agentliyi

“Gömrük Komitəsinin bir neçə yüksək vəzifəli əməkdaşı sərəncama göndərilib” – YENİLƏNİB

04 May

Dövlət Gömrük Komitəsində (DGK) kadr islahatları gömrük orqanlarında şəffaflıq tam təmin olunanadək davam etdiriləcək.

TİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, kadr islahatları o demək deyil ki, əməkdaşların işində ciddi pozuntular qeydə alınıb:

“Mən artıq qeyd etmişəm ki, Dövlət Gömrük Komitəsinin strukturunda ciddi islahatlar aparılacaq. Ötən gün iki sərəncam dərc olundu. Bu sərəncamlara əsasən, bir neçə yüksək vəzifəli əməkdaş sərəncama göndərilib. Bu, islahatların sadəcə bir hissəsidir. Buna qədər biz 3 idarənin rəhbərini dəyişmişik. Bu gün Balakən Gömrük İdarəsinin rəisi sərəncama göndərildi. İslahatlar o demək deyil ki, kiminsə işində ciddi nöqsanlar aşkar edilib”.

DGK sədri bildirib ki, öz işini vicdanla görən sahibkarlar hər zaman gömrük xidmətinin tərəfdaşı sırasında olacaq: “Lakin rüsumları ödəməkdən yayınmaq üçün düzgün məlumatlar təqdim etməyənlərə qarşı ciddi tədbirlər görüləcək. O ki qaldı gömrük işçilərinə, yeni kadrların işində nöqsan aşkarlanarsa, onlar da vəzifələrindən azad ediləcəklər”.

———-

14:13

Dövlət Gömrük Komitəsində (DGK) kadr islahatları gömrük orqanlarında şəffaflıq tam təmin olunanadək davam etdiriləcək.

TİA.AZ  istinadən xəbər verir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, kadr islahatları o demək deyil ki, əməkdaşların işində ciddi pozuntular qeydə alınıb.