Gömrük auditinin aparılmasında ciddi pozuntular aşkar olunub – Hesablama Palatasıbackend

Gömrük auditinin aparılmasında ciddi pozuntular aşkar olunub – Hesablama Palatası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gömrük qanunvericiliyi üzrə qanun pozuntuları hallarının aradan qaldırılması ilə bağlı gömrük nəzarəti tədbirləri auditlə əhatə olunan dövrdə faktiki olaraq gömrük dəyərinin düzgün bəyan olunmasının müəyyənləşdirilməsi istiqamətində aparılıb və tapıntılar cüzi məbləğlərlə ifadə olunub. 

Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

Belə ki, əlavə hesablamalar 2019-cu ildə 2,9 milyon manat, 2020-ci ilin yanvar-aprel aylarında 0,5 milyon manat təşkil edib.

Əsasnaməsində səlahiyyətlərinə aid edilmiş xarici ticarət iştirakçılarında gömrük auditinin aparılması istiqamətində də zəruri işlər təşkil olunmayıb. Son nəticədə auditlə əhatə olunan dövrdə müvafiq gömrük prosedurları üzrə ümumilikdə gömrük dəyəri 1 milyard 151,0 milyon manat olan malların ölkə ərazisinə şərti olaraq buraxılmasına baxmayaraq, həmin əməliyyatların risk analizi aparılmayıb.

Eyni zamanda, malların təyinatı üzrə istifadə olunması və digər riskli hallar üzrə sonrakı nəzarət qaydasında hərhansı gömrük nəzarəti tədbirləri həyata keçirilməyib.