Gizli audio və vizual məlumatlardan istifadə qaydası təsdiqlənibbackend

Gizli audio və vizual məlumatlardan istifadə qaydası təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gizli audio və vizual məlumatlardan istifadə ediləcəyinə hansı hallarda yol veriləcəyi məlum olub.

TİA.AZ-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:

1. Barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycanın Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;

2. Məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.

Bu Qanunun 21.1-ci maddəsinin tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.