“Gilan” Holdinq cərimələndibackend

“Gilan” Holdinq cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Yol Polisi (DYP) “Kafur-Pas” MMC barəsində inzibati qaydada protokol tərtib edib.
Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Belə ki, sözügedən şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “Kafur-Pas” MMC “Gilan” Holdinqin təsisçiliyi ilə yaradılıb.