Gigiyena və Epidemiologiya Mərkəzində karantin belə pozulur – FOTObackend

Gigiyena və Epidemiologiya Mərkəzində karantin belə pozulur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin özündə karantin qaydaları pozulur, işçilərin virusa yoluxmasına səbəb olacaq qeyri-qanuni göstərişlər verilir”.

Bu barədə “AzPolitika.info”-ya adıçəkilən qurumda çalışan əməkdaşlardan biri məlumat verib. Mənbə bildirib ki, Mərkəzin sədri Sara Həsənova kollektivin qarşısında tələb qoyub ki, binaya daxil olarkən və ya çıxarkən barmaq izi ilə qeydiyyatdan keçməlidirlər:

“Bu göstəriş icra olunarlkən bütün karantin qaydaları pozulur. Əvvala, əməkdaşlar turniget qarşısında növbəyə dayanır, dəhliz kiçik olduğuna görə bu zaman sosial məsafə tələbi pozulur. Daha sonra işçilərin barmaqlarını bir-brinin ardınca düyməyə toxundurması da virusa yoluxma ehtimalını artırır. İdarənin girişində spirt və s. qoruyucu məhlullar da qoyulmur ki, işçilər qeydiyyatdan keçdikdən sonra virusa yoluxmaq ehtimalından sığoratalansınlar”.

Mərkəzin işçisi onu da bildirib ki, Sara Həsənovanın bu göstərişi işçilər arasında ciddi narazılıq yaradıb. Rəhbərlik bu narazılıqdan xəbərdar olsa da, karantin qaydalarını pozulması, əməkdaşların həyatını təhlükəyə atan qərarını ləğv etmək istəmir.