Geni modifiksiya olunmuş 30 bitki növü AÇIQLANDIbackend

Geni modifiksiya olunmuş 30 bitki növü AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzən saxta reytin üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğunu bildirən ekspertlər nəzərə almalıdırlar ki, hazırda
dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növləri sayı cəmi 30-dur”.

 

Bunu TİA.AZ-a açıqlamasında Azərbaycan Qida Təhlküəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Mansur Piriyev  bildirib.

M.Piriyev bu cür məlumat yayanlara müraciət edərək “genetik modifikasiyası dünya üzrə həyata keçirilməmiş məhsul necə mövcud ola bilər” sualını ünvanlayıb.

 

Qurum rəsmisi sözlərinə bu cür davam edib:

“Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmayıb. Avropa komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Hal-hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur”.

 

AQTA rəsmisi geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da açıqlayıb:

 

  • Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ
    2. Yemiş (Cucumis melo) ABŞ
    3. Alma (Malus x Domestica) Kanada, ABŞ
    4. Kartof (Solanum tuberosum L) Rusiya
    5.Əkin yoncası (Medicago sativa)
    Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ
    6. Lobya (Phaseolus vulgaris) Brazilya
    7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland
    8. Badımcan (Solanum melongena) Bangladeş
    9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ
    10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya
    11. Gavalı (Prunus domestica) ABŞ
    12. Raps (Brassica rapa) Kanada
    13. Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ
    14. Qızıl gül (Rosa hybrida)
    Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ
    15. Saflor (Carthamus tinctorius L.) Avstraliya
    16. Soya (Glycine max L.)
    Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam
    17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ
    18. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ
    19. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ
    20. Şirin bibər (Capsicum annuum) Çin
    21. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ
    22. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ
    23. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ
    24. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç
    25. Adi kasnı (Cichorium intybus) ABŞ
    26. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ
    27. Evkalipt (Eucalyptus sp.) Brazilya
    28. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ
    29. Petunya (Petunia hybrida) Çin
    30. Qovaq (Populus sp.) Çin.