Generalın qardaşı oğlunun rüşvət alarkən görüntüləri və yazışmaları – FOTObackend

Generalın qardaşı oğlunun rüşvət alarkən görüntüləri və yazışmaları – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Baş Gömrük İdarəsinin həbs edilən inspektoru Emin Xəlilovun kimlərdən rüşvət aldığı və bununla bağlı mesajlaşmaları məlum olub.

Kriminalqafqaz.az-ın istintaq materiallarından əldə etdiyi məlumata görə, idarənin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən E.Xəlilov müxtəlif vaxtlarda vətəndaşlardan 200 manat rüşvət alıb.

İttihama görə, E.Xəlilov 2021-ci ilin mayında Rüfət Akifliyə göndərilən 20 min manatlıq cihaz və qurğuların idxalı ilə bağlı gömrük prosedurların sürətli icra edilməsi üçün 100 manat rüşvət alıb.

E.Xəlilovun daha bir rüşvət faktı Ramis Nəsibovun adına Türkiyədən göndərilən 9 min manatlıq avtomobil ehtiyat hissələrinni gömrükdən sürətli keçirilməsi ilə bağlıdır. O, malın gömrük nəzarətindən buraxılmasına görə həmin şəxsə broker xidməti göstərən tanışı Vüsal Hacıyevdən 100 manat pulu rüşvət qismində alıb. Şahid Vüsal Hacıyev da Eminin ona köməklik göstərməsi qarşılığılnda 100 manat verdiyini deyib.

İstintaq zamanı Emin Xəlilovun telefonundan rüşvət aldığına dair “Whatsapp” yazışmaları da aşkarlanıb. Eminin telefonundan “Vüsal Broker” adı ilə qeyd etdiyi şəxsə “Vüsal salam, onun qiyməti aşağıdır. Qalxmalıdır” şəklində səsli mesaj göndərilib. Vüsal isə E.Xəlilova “Emin nə qədər qalxmalıdır onun qiyməti, neçə olmalıdır statistikası? Özümdə gəlirəm, gəlim baxım görüm nədirki orda? Statistikanı düzəldim ödəniş edim” səsli mesajını göndərib. Eyni gündə E.Xəlilov V.Hacıyevə “Amma risk edirəm buraxıram. Birdən saxlasalar, nə bilim nə olacaq, özün cavab verərsən” şəklində cavab göndərib. Vüsal Hacıyev isə “Yaxşı, ödəndi, buraxılış verərsən sənə zəhmət” cavabını yazıb. Daha sonra E.Xəlilov Vüsal Hacıyevə bank kartının məlumatlarını göndərərək, pulu ora yükləməsini bildirib.

Qeyd edək ki, Emin Xəlilov Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilovun qardaşı oğludur.

Fotoda: general Təmkin Xəlilov

E.Xəlilov rüşvət qismində aldığı pulları xalası oğluna məxsus bank kartına göndərtdirib. Emin Xəlilovun xalası oğlu Lətif Xuduyevin adına olan karta göndərilən rüşvətləri bankomatdan çıxararkən görüntüləri çəkilib.

Lətif  Xuduyev də ifadəsində bildirib ki, Emin ondan öz adına bankda kart hesabı açdırmasını istəyib və o da xalası oğlunun xahişini yerinə yetirib. Kartı açdırdıqdan sonra Eminə verib.

Daha sonra E.Xəlilov “Qamma Kompani” MMC-də gömrük və maliyyə işləri üzrə mütəxəssis vəzifəsində işləyən tanışı İsmayıl Teymurovdan MMC-yə göndərilən 14 min manatlıq “PVC” qranul xammalı gömrükdən sürətli keçirmək üçün 50  manat rüşvət alıb. İstintaq zamanı İ.Teymurov E.Xəlilova rüşvət qismində 50 manat verdiyini etiraf edib.

O, 2007-ci ildə Rusiya Gömrük Akademiyasını bitirib, bir müddət Rusiya Federasiyasının Gömrük orqanlarında xidmət edib. 2008-ci ildə Rusiya Federasiyasının vətəndaşlığından imtina edərək Azərbaycana köçüb və həmin ildən Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru vəzifəsində işləyib.

Səfər Mehdiyevin 2021-ci il 21 iyun tarixli əmri ilə Emin Xəlilovun gömrük orqanlarında xidmətlərinə xitam verilib.

Amin Nəzərli