General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi (FOTO)backend

General oğlunun məşhur orkestri dağıldı, özü istefa verdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadənin yaratdığı məşhur orkestr dağılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyət göstərmiş, Cavad Tağı-zadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestri ləğv edilib.
Qeyd edək ki, “Baku Sinfonietta” orkestri dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib.
Cavad Tağı-zadə həmçinin Bakı Musiqi Akademiyasındakı işindən də istefa verib.
Qeyd edək ki, Tağı-zadə Cavad Faiq oğlu – Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. “Oazis” simli kvartetinin və “Ad libitum” müasir antrepriz ansamblının yaradıcısıdır.