General-mayor Polad Həşimov dəfn olunurbackend

General-mayor Polad Həşimov dəfn olunur

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

TİA.AZ  xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki