Gənclər Fondunun maliyyə dəstəyi ilə Cəlilabadda təlim keçirildi – FOTOLARbackend

Gənclər Fondunun maliyyə dəstəyi ilə Cəlilabadda təlim keçirildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 Noyabr 2021-ci ildə Cəlilabad şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Narkomaniya ilə barışma! Region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin ilk təlimi keçirilib. 

Asiya.az xəbər verir ki, Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30  dekabr 2021-ci il tarixləri əhatə edir.

Bu barədə məlumat verən “Tərəqqi” GİİB-in sədri, layihə rəhbəri Raci Səfərov qeyd etmişdir ki, təlim  Heydər Əliyev Yaradıcılıq Mərkəzininn texnki-təşkilati dəstəyi, 20 nəfər gəncin iştirakı ilə, sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib. Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitlər nədir? Narkomaniyanın potensial qurbanları – risk qrupları, narkomaniyanını sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı)  cari hesabatı mövzularında məlumatlar verilmişdir, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılıb. Təlimdə fəxri qonaq kimi Cəlilabad Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Salamat Nəcəfov iştirak edib. Tədbirlər sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.