Gəncənin suyu Alimpaşanın balıq təsərrüfatına axıdılırmış – Qorxmaz Hüseynovun “forel əməliyyatı”backend

Gəncənin suyu Alimpaşanın balıq təsərrüfatına axıdılırmış – Qorxmaz Hüseynovun “forel əməliyyatı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə il qabaq Gəncənin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlə Şəmkirdə yeni salınan su anbarından Gəncəyə 1400 mm qalınlığı olan polad borularla su çəkilmişdi.

Sözügedən boru istifadəyə veriləndən sonra Gəncənin su təsərrüfatı xeyli yaxşılaşmışdı. Ta ki, Alimpaşa Məmmədov balıq biznesi sevdasına düşənə qədər…

Belə ki, Alimpaşa Məmmədov Şəmkirdə Forel təsərrüfatı qurmaq qərarına gəlir.

Bu təsərrüfatın suyunu isə stabil saxlamaq üçün əlavə investisiya tələb edilirdi. Belə olan halda yeni borular çəkmək əvəzinə Alimpaşa Məmmədov və Qorxmaz Hüseynovun orijinal mexanizmi işə düşür.

Belə ki, Gəncəyə getməli olan su tədricən borulardan balıq təsərrüfatına yönəldilməyə başlanılır.

Hal-hazırda da Gəncəyə getməli olan suyun yarısı Alimpaşa Məmmədovun Forel təsərrüfatına görə itkiyə məruz qalır.
Xatırlayırsınızsa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanda su ehtiyatlarına qənaətlə yanaşmaq barədə tapşırıq vermişdi.

Görünür, Alimpaşa Məmmədov və Qorxmaz Hüseynov bu tövsiyyədən nəticə çıxarmayıblar. Araşdırmamız davam edəcək.

 

Sfera.az