Gəncədə intihara cəhd: Beşinci mərtəbənin eyvanından özünü atmaq istədibackend

Gəncədə intihara cəhd: Beşinci mərtəbənin eyvanından özünü atmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində intihara cəhdin qarşısı alınıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində bir nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.